Interposta.Info

ABŞ rusiyalı müstəntiqlərə sanksiya tətbiq etdi

Dünya
 11-09-2019, 09:08     10 355

ABŞ rusiyalı müstəntiqlərə sanksiya tətbiq edib.

"İnterPosta.info" qafqazinfo-ya isitnadən xəbər verir ki, Surqut şəhər Baş İstintaq İdarəsinin iki müstəntiqinə Amerikaya getmək qadağan edilib. Onlar Surqut İstintaq Şöbəsinin rəisi Vladimir Yermolayev və şöbənin baş müstəntiqi Stepan Tkaçdır. Onlar insan hüquqlarının kobud şəkildə pozulmasında ittiham olunurlar.

"Hazırda 60-dan çox Yehova Şahidi həbsxanada və ya ev dustaqlığında məhkəmələrinin keçirilməsini gözləyir. Daha 250 nəfər barəsində isə istintaq gedir”, - deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26