Interposta.Info

Şok proses: Bütün münaqişələr bu yolla həll ediləcək? – Video

Dünya
 22-08-2019, 15:29     10 307

ABŞ-la Danimarka arasında razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək.

Bunu politoloq Natiq Cəfərli Qrenlandiyanın satılması ilə bağlı məlumatlara münasibət bildirərkən qeyd edib.

O, ABŞ-ın Qrenlandiyanı almaq üçün irəli sürdüyü təklifin gələcək perspektivləri barədə danışıb:

“ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur. Bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb. Təklif maraqlıdır - ildə 600 milyon dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər. Yəni ada de-fakto ABŞ-ın olacaq, amma de-jure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq. Razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək, ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq, amma Qrenlandiya vətəndaşları Damimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər”.

N.Cəfərlinin sözlərinə görə, eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir:

“Fikrimcə, digər konfliktlərə örnək ola biləcək mexanizm, presedent hazırlığına start verilib. Yəni məsələ tək Qrenlandiya deyil - eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir. Rusiya Krımı "özəlləşdirmək" üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb, məsələni həll edəcək. Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə - Çinə qarşı birgə səf tutsunlar”.

Politoloq bu üsulla Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi imzalanacağını bildirib:

“Çox güman ki, yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq. Donbas Kiyevin nəzarətinə qayıdacaq, amma Krımın "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində qalması rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək”.

N.Cəfərli deyib ki, bu mexanizmin həmçinin, bütün post-sovet məkanındakı konfliktlərə tədbiq edilmə ehtimalı var.

Qeyd edək ki, bundan əvvəl “Vaşinqton Post” qəzeti Donald Tramp administrasiyasının Qrenladiyanın ABŞ-ın daimi mülkiyyətinə keçməsi üçün Danimarkaya ildə 600 milyon dollar təklif etməyə hazırlaşdığını yazmışdı./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26