Interposta.Info

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi – (VIDEO)

Dünya
 19-07-2019, 14:53     10 295

Rusiyanın “Meqafon” şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.
Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, – o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma Dağlıq Qarabağ Respublikasında xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar “Meqafon”un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26