Interposta.Info

Moskvada istilik elektrik stansiyasında yanğın olub

Dünya
 11-07-2019, 13:48     10 407

Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.

“Report” xəbər verir ki, məlumatı “Gazeta” yayıb.

Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26