Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var
Türkiyənin bütün əyalətlərində keçirilən xüsusi əməliyyatlar nəticəsində 655 nəfər saxlanılıb.
İnterPosta.info Trend-ə istinadən xəbər verir ki, əməliyyatlar qeyri-qanuni qumar oyunlarının təşkilatçılarına qarşı keçirilib.
Əməliyyatlara 6,9 min polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı həmçinin 1 kiloqramdan artıq narkotik və 8 ədəd odlu silah aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bir sıra qumar oyunları qadağan edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26