Interposta.Info

ABŞ-ın “24 saatlıq” çevriliş planı iflas oldu

Dünya
 14-02-2019, 15:19     10 358

Venesuela müxalifətinin bir çox tərəfdarı və onun ABŞ-dakı müttəfiqləri Nikolas Maduronun hakimiyyətinin ABŞ-ın hərbçilər arasında ona olan dəstəyi zəiflətmək planından sonra tezliklə dağılmasını gözləyirdi.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Nəşrin yazdıqlarına əsasən, müxalifətin və parlamentin lideri Xuan Quaidonun özünü müvəqqəti prezident elan etməsindən 3 həftə keçməsinə baxmayaraq, hələ də Maduronun vəziyyətə nəzarət etməsi sözügedən planı şübhə altında qoyub.

Nəşrə danışan adı açıqlanmayan ABŞ-ın keçmiş yüksəkçinli məmurunun sözlərinə görə, Vaşinqton Maduronun gedişinin “24 saatlıq əməliyyat” olacağını ehtimal edib. Çünki planı hazırlayan şəxslər ABŞ və Cənubi Amerika ölkələrinin Quaidonu dəstəkləməsindən sonra hərbçilərin də müxalif liderin tərəfinə keçəcəyini düşünüblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26