Interposta.Info

"Quru"ya görə 38 nəfər öldürüldü - Dini lider qızları zorlayırmış...

Dünya
 20-01-2019, 20:01     10 296

Britaniya mətbuatı yazır ki, Hindistanda quru ömürlük həbsə məhkum edilib. O, 15 il əvvəl bir jurnalisti qətlə yetirib. Çünki jurnalist o vaxt onun məsum qızları zorlamasından yazmışdı. Bu işin üstü açılanda isə o, iki qızı zorladığına görə artıq həbs olunmuşdu.

Qeyd edim ki, “quru” sanskrit kökənli ifadədir, hinduizm və buddizm mistisizmində “mürşid” və ya “ustad” anlamını verir. Hindistanda qurular çoxdur. Onlardan bəziləri sadə insanların onlara inamından sui-istifadə edir.

Özünü doktor adlandıran Saint Gurmeet Singh Ram Rahim Insan 3 nəfər tərəfdarı ilə belə ağır cinayətlər törədib.

Qətlə yetirilmiş jurnalistin oğlu Anshul Chhatrapati məhkəmənin bugünlərdə çıxardığı hökmə belə münasibət bildirib: “Məhkəmədə qanunun hökmü təntənə çaldı. Prokuror müttəhimlərə ölüm hökmü çıxarılmasını istədi. Hakim isə ömürlük həbslə kifayətləndi. Ancaq biz bu qərardan məmnunuq”.

Qurunun ötən ilin avqustunda həbsi Rohtak şəhərində ciddi çaxnaşmalara səbəb oldu. Onun müdafiəsinə qalxmış 38 nəfər polislə qarşıdurma zamanı öldürüldü. Yüzlərlə insan yaralandı.

O da məlumdur ki, qurunun Haryana vilayətində 10 minlərlə tərəfdarı 400 hektarlıq ərazidə məskunlaşmışdı. Onun yaratdığı icma digər insanlarla birgə yaşamaqdan imtina etmişdi."Yeni Musavat"

İnterPosta.info xatırladır ki, yazının orijinalını BURADAN oxuya bilərsiniz

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26