Interposta.Info

Rusiya Nudolu hərəkətə gətirdi: 17 dəqiqəyə 3 min km...

Dünya
 19-01-2019, 21:08     10 321

Rusiya Silahlı Qüvvələri "A-235 PL-19 Nudol" anti-peyk müdafiə sistemindən istifadə etməyə başlayıb.

İnterPosta.info
xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.

“Bu raket məlum bir silahdır. "Nudol" hələ SSRİ dövründə istehsal edilib, uğurla sınaqdan keçirilərək ordunun xidmətinə verilib. Hər vəziyyətdə dəqiq analiz həyata keçirilir, çünki seçim prinsipləri üzə çıxarsa, qarşı tərəf anında onu gizlətmək üçün tədbir görür”, - Sivkov söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ kəşfiyyatının yaydığı məlumatda Rusiyanın "A-235 PL-19 Nudol" anti-peyk müdafiə sisteminin 17 dəqiqəyə 3000 kilometrlik məsafəni qət edərək hədəfinə çatdığı bildirilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26