Interposta.Info

İran gələn həftə kosmosa iki süni peyk göndərəcək

Dünya
 10-01-2019, 17:19     10 394

İran dövləti gələn həftə öz hərbi sənayesinin istehsalı olan raketlə kosmosa iki süni peyk göndərəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsancaninin vəfatının ikinci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bu gün İran müdafiə sahəsində ən son nailiyyətlərə malik silah istehsalı ilə məşğuldur. İran Prezidentin sözlərinə görə, hərbi sənayenin inkişafının əsası mərhum ölkə başçısı Rəfsancaninin hakimiyyəti illərində qoyulub. İran bu sahədə artıq çox irəliləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26