Fransadan Trampa kəskin reaksiya: Nəzakətli ol!
Rəsmi Paris ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun ümumavropa ordusu ideyası barədə səsləndirdiyi sərt fikirlərinə reaksiya verib.
Bu barədə Fransa hökuməti tərəfindən verilən bəyanatda bildirilib.
“Trampı nəzakət qaydalarına əməl etməyə dəvət edirik”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Avropa ordusunun yaradılması barədə fikirlərinə kəskin reaksiya vermişdi./axar.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26