Interposta.Info

Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu – Foto

Dünya
 14-11-2018, 11:50     10 371

Qətər şeyxi Təmim bin Hamed Əl Saninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi və xeyli mübahisələrə səbəb olan VİP təyyarə ilk dəfə istifadə olunub.
Fransaya səfər edən prezident yeni "Boing 747-8” tipli təyyarəsində ilk dəfə mətbuat nümayəndələri ilə görüşərək foto çəkdirib.

Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu – Foto

Təyyarənin daxili görünüşünün əvvəlkinə nisbətən xeyli geniş olması da diqqətdən yayınmayıb. Hətta masanın belə əvvəlkindən iki dəfə böyük olduğu bildirilir. Normalda 400 sərnişin daşıya bilən təyyarədə özəl olaraq 76 sərnişin üçün hazırlanıb. Hava gəmisinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.

İyulun 15-də İsveçrənin Bazel şəhərindən İstanbulun Səbihə Gökçən hava limanına enən təyyarə Türk Hava Yollarına məxsus xüsusi ərazidə saxlanılıb./virtualaz.org

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26